Əslən livanlı olan bir kişi öz yas mərasimində oyanaraq ətrafdakıları şoka salıb.
Xarici KİV xəbər verir ki, hadisə Bekaa əyalətinin El-Hirmil şəhərində baş verib.
Dəfndən əvvəl "mərhumla" vidalaşmağa gələn qohumları "ölünün" nəfəs aldığını və tərpəndiyini görüblər. O, dərhal xəstəxanaya aparılıb, həkimlər lazımi tibbi yardımı göstəriblər.
Kişi hazırda sağdır. Onun ölmüş kimi qeyd olunmasının səbəbləri araşdırılır.Öldüyü bilinən kişi öz dəfnində ayıldı- FOTO
скачать dle 12.1