Koronavirus xəstəliyinin üstündən keçən iki həftə ərzində kəskin ürək-damar xəstəlikləri ehtimalı xeyli artır.
Belə bir qənaət İsveçin Umea Universitetinin bir qrup əməkdaşı tərəfindən “The Lancet” nəşrində dərc edilən tədqiqatda yer alır.
Belə ki, tədqiqatda COVID-19-a yoluxanlar ilə işemiyalı insult və miokard infarktını keçirmiş şəxslərdə həmin halların təkrarlanması müqayisəli təhlil edilib. Nəticədə koronavirusun adıçəkilən xəstəliklərə tutulma ehtimalını 3 dəfəyədək artırdığı müəyyənləşdirilib.
Bütövlükdə tədqiqatda 86 472 xəstə iştirak edib ki, bu da müəlliflərə görə bu cür araşdırmalar üçün indiyədək qeydə alınan ən yüksək rəqəmdir.
скачать dle 12.1