BakiSesi.com

Baş nazirdən Ərdoğana CAVAB: "Həbsxanalar jurnalistlər və hakimlərlə doludur"

Tarix:13-03-2019, 13:12 | Oxunub: 14 952
Baş nazirdən Ərdoğana CAVAB:
İsrail Baş naziri Benyamin Netanyahu "İsrail yalnız yəhudi xalqına məxsus bir dövlətdir" sözlərindən sonra Türkiyə tərəfindən qınanıldı.

BAKİSESİ.COM xəbər verir ki, İsrail baş naziri qınaqlara sosial şəbəkə vasitəsilə cavab verərək burada prezident Rəcəb Tayyib Ərdoğanı günahlandırıb:

“Bu necə bir komediyadır?! Jurnalistlər və hakimlər Türkiyədə həbsxanaları doldurarkən Türkiyənin diktatoru Ərdoğan İsrail demokratiyasına söz deyir. İsraildə heç kim ikinci sinif vətəndaş deyil. İsrail bütün israillilərin demokratiyasıdır.

Bura təxminən 2 milyon israilli ərəbin də demokratiyasıdır. Hər kəs bərabər hüquqlara malikdir. Ancaq İsrail tək və yeganə yəhudi dövlətidir”.скачать dle 12.1