BakiSesi.com

“İnterpol”un eks-rəhbəri barədə həbs qərarı verildi

Tarix:24-04-2019, 13:50 | Oxunub: 41 815
“İnterpol”un eks-rəhbəri barədə həbs
Çinin Ali Xalq Prokurorluğu “İnterpol”un keçmiş rəhbəri Men Hunveyin həbsi barədə qərar qəbul edib.

“BAKİSESİ.COM”-un  “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, o, korrupsiya faktında ittiham edilir.

Məlumata görə, Hunveyə qarşı açılan cinayət işi ilə bağlı Çin Dövlət Nəzarət heyəti tərəfindən aparılan istintaq tamamlanandan sonra prokurorluq orqanlarına göndərilib.

Prokuror sənədlərin təqdimatından sonra onun həbsinə qərar verib.скачать dle 12.1