Bakıda Mercedes-Benz-in rəsmi dileri “Abşeron Avtomobil Mərkəzi” yeni A-Class və C-Class  avtomobillərin təqdimatını  keçirib. “Qafqazinfo” xəbər verir ki, təqdimat  Abşeron Avtomobil Mərkəzinin avtosalonunda baş tutub. Tədbirdə rahat ab-hava, qızğın musiqi, atəşli musiqili şou-gözəl payız axşamının yalnız balaca bir hissəsi olub. Tədbir iştirakşçıları yeni mərkəzlə yanaşı A-Class və yenilənmiş C-Class ilə tanış olublar.

Mercedes-Benz-in rəsmi dileri – “Abşeron Avtomobil Mərkəzi” avtosalonu Sumqayıt şossesi, 6-cı km ünvanında yerləşir.

Ümumi sahəsi 3000 kv. m-dən artıq olan, Mercedes-Benz brendinin korporativ standartlarına uyğun qurulmuş diler mərkəzi Mercedes-Benz avtomobillərinin satışı, zəmanətli və post-zəmanətli xidmətləri üzrə geniş xdmətlər kompleksi təqdim edir. Bu gün üçün servis zonası 1000 kv. m təşkil edir. Servis zonasına 12 post daxildir.

Bura gələnlərin rahatlığı üçün shou-roomda markanın bütün model sırası təqdim edilib, servis mərkəzi isə geniş işlər kompleksini yerinə yetirməyə imkan verən müasir avadanlıqla təchiz olunub.

Mərkəzin əməkdaşları Mercedes-Benz modelləri və kreditləşmə proqramları üzrə peşəkar məsləhətlər verməyə, personal test-drayv təşkil etməyə və avtomobilin optimal komplektasiyasının seçimində kömək etməyə hazır olan  yüksək ixtisaslı mütəxəssisləridir.

Mercedes-Benz- Ulduz həmişə yüksəklikdədir.

“Abşeron Avtomobil Mərkəzi” avtosalonu Sumqayıt şossesi, 6-cı km ünvanında yerləşir.

Avtosalonun telefon nömrəsi: +994 12 3477800

Sayt: www.baku.mercedes-benz.az









скачать dle 12.1