Ötən gün xüsusi kararantin rejiminin yumşaldıldığı ilk gün kimi tarixə düşdü. Yumşaldılama qaydalarının tətbiqi ilə 38 gündən sonra paytaxtın əsas nöqtələrindən olan Bakının Nizami küçəsində də hərəkətlənmə müşahidə olunub.
Insanlar sevdikləri, doğmaları ilə 40 günlük "ev həbsi"ndən sonra küçələrə axışıb. Sevgililərinə gül alıb küçə turlarına çıxan kim, övladları ilə "Tarqovı"da o baş-bu başa yürüyənlər kim...
Bir sözlə, ötən gün Bakı təxminən 40 günlük aradan sonra hərəkətlənməyə başlayıb.


скачать dle 12.1