BakiSesi.com

"Oskar" otelində 21 yaşlı qızı öldürən şəxsdən

Tarix:18-07-2019, 22:27 | Oxunub: 299 709
"Oskar" otelində 21 yaşlı qızı öldürən şəxsdən
Abşeronda oteldə qətl törətməkdə təqsirləndirilən Nəriman Əliyevin cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

BAKİSESİ.COM xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Əliyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

Prokuror çıxışında N.Əliyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin sentyabr ayında Abşeron rayonu ərazisində yerləşən Oskar" otelində baş verib.

Belə ki, "Oskar" otelində 35 yaşlı N.Əliyev yaxın münasibətdə olduğu 21 yaşlı Aysel Orucovanı 11 bıçaq zərbəsi ilə qətlə yetirib.

Araşdırma zamanı N.Əliyevlə A.Orucovanın üç il əvvəl Pirşağada yerləşən klubların birində tanış olduğu və bu zaman ərzində tez-tez görüşdükləri məlum olub. Şübhəli şəxs polisə verdiyi ifadəsində hadisəni A.Orucovanın ona yalan danışdığına görə törətdiyini bildirib. N.Əliyev qaçsa da Abşeron rayon Polis idarəsi və Mehdiabad polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

скачать dle 12.1