Sentyabrın 23-də saat 22 radələrində Yeni Yasamal-1 yaşayış sahəsində Maya Kərimovanın üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə tapılması barədə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə M.Kərimovanın Lənkəran rayon sakinləri H.Nəsirli və əvvəllər məhkum olunmuşlar - F.Axundov, R.Quluzadə tərəfindən bıçaqla qətlə yetirilməsi müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən R.Quluzadə və H.Nəsirli saxlanılıb, digər şəxsin tutulması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Faktla əlaqədar cinayət işi başlanılıb.скачать dle 12.1