Şəki Ağır Cinayətlər Məhkəməsində oğlunu bıçaqlamaqda təqsirli bilinən Müşfiq İsmayılovun cinayət işi üzrə məhkəmə iclası davam edir.
Hakim Rəşad Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmə baxış iclası mayın 7-nə təyin olunub.
Qeyd edək ki, hadisə Zərdab rayonunda baş verib.
Rayon sakini, 1968-ci il təvəllüdlü Müşfiq Məsim oğlu İsmayılov ailədaxili münaqişə zəminində oğlu, 1995-ci il təvəllüdlü Rüfət Müşfiq oğlu İsmayılovu bıçaqlayıb. Zərərçəkən əvvəlcə Zərdab Rayon Mərkəzi Xəstəxanasına, oradan da Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Müşfiq İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.скачать dle 12.1