İspaniyanın "Barselona” futbol klubu Niderlandın "AZ Alkmar”klubunun gənc hücumçusu Miron Boadyunu transfer etməyə çalışır.
"Mundo Deportivo” nəşri yazır ki, "Barselona” rəhbərliyi M.Boadyunu "İnter”dən almaq istədiyi digər hücumçu - Lautaro Martinesə alternativ kimi görür.
M.Boadyu bu mövsüm Niderland çempionatında keçirdiyi 39 oyunda 20 qol vurub, 13 məhsuldar ötürmə edib. Hazırda futbolçunun bazar qiyməti 18 milyon avrodur.
Gənc olmasına baxmayaraq, o, Niderland millisində oynamaq fürsəti də əldə edib.скачать dle 12.1