"Beşiktaş"la yollarını ayıran Loris Kariusun yeni klubunun adına aydınlıq gəlib.
Almaniyalı qapıçı ölkəsində çıxış edəcək.
Müqavilə ilə "Liverpul"a məxsus olan və son iki ili icarə əsasında "Beşiktaş"da keçirən 27 yaşlı qolkiper "Herta" ilə anlaşıb. Tərəflər arasında ilkin razılıq olsa da, Karius koronavirus pandemiyası ilə əlaqədar Türkiyəni tərk edə bilmir. Onun Berlin təmsilçisi ilə müqavilə detalları hələlik açıqlanmayıb.
Qeyd edək ki, Loris Karius yanvardan maaş almadığı üçün FİFA-ya şikayət etmiş və müqaviləsini ləğv etmişdi.скачать dle 12.1