Radamel Falkao "Qalatasaray"dan ayrılacağı ilə bağlı şaiyələrə son qoyub.

Kolumbiyalı ulduz bu barədə məşhur "ESPN" nəşrinə açıqlamasında danışıb.

34 yaşlı futbolçu "Qalatasaray"da qalacağını bildirib: "Türkiyədə çox xoşbəxtəm. Klubumu tərk etmək niyyətində deyiləm".

Falkao Türkiyədə əsas çətinliyinin türk dilini öyrənməyi olduğunu və komanda yoldaşı olan həmyerlisi Fernando Musleranın ona kömək etdiyini bildirib: "Türk dil çox çətin və qarışıqdı. Muslera türk dilini bildiyinə görə mənə kömək edir. Burada atmosfer əladı. Küçəyə çıxdıqda azarkeşlərin isti münasibətini görürsən".
скачать dle 12.1