Dünya bazarında neftin qiyməti bahalaşır.
“Report” xəbər verir ki, bunu sövdələşmələrin nəticələri göstərir.
Belə ki, Bakı vaxtı ilə saat 08:19-a olan məlumata görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 5,01% artaraq bir barelə görə 21,4 ABŞ dollarına, WTI markalı neftin fyuçersləri isə 11,54% artaraq 15,39 dollar/barelə çatıb.
Bakı vaxtı ilə saat 08: 23-də “Brent” markalı neft artıq 22,1 ABŞ dollarına satılırdı ki, bu da əvvəlki sessiyanın yekun səviyyəsindən 8,5% çoxdur.скачать dle 12.1