Koronavirusa görə əməkdaşlarını işdən çıxaran işəgötürənlər cəzalandırılacaq. Dövlət Əmək Müfəttişliyi Xidməti pandemiya ilə əlaqədar elan olunmuş karantin dövründə “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən gündəlik nəzarət həyata keçirir.
Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.
Mehman Abdullayev – Əmək Müfəttişliyinin əməkdaşı: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti pandemiya ilə əlaqədar olaraq elan olunmuş karantin dövründə əmək müqaviləsi bildirişləri alt sistemini mütəmadi nəzarətdə saxlayır. Məqsəd qanunsuz olaraq işçilərin əmək müqaviləsinə xitam verilməsinin qanunsuz ixtisarların aparılmasının qarşısının alınmasıdır”.
Bununla bağlı Xidmət altsistem vasitəsilə dəfələrlə işəgötürənlərə izahat, məlumat, xəbərdarlıq və tövsiyə xarakterli ismarıclar, bildirişlər göndərsə də, hələ də işəgötürənlər tərəfindən müəyyən qanun pozuntuları müşahidə edilir. Ekspertlər bildirir ki, ixtisar aparmaq üçün mütləq əvvəlcədən işəgötürənin əsaslandırılmış əmri olmalı, əmək məcəlləsinin 77-ci maddəsinə əsasən əvvəlcədən işçiyə xəbərdarlıq edilməlidir. Və ancaq bundan sonra lazımi təminatlara əməl etməklə ixtisarlar aparıla bilər.
Mais Əliyev – Sosial Hüquqların Araşdırılması Birliyinin sədri: “Çox təəssüflər  olsun ki, bizə edilmiş müraciətlərdə sadəcə olaraq adi bir xəbərdarlıq məktubu göndərilir. Məktubda qeyd edilir ki, ayın neçəsindən sizin ştatınız ixtisar oluanacq, lakin hansı səbəbdən, hansı obyeltiv əsaslardan olduğu məlum deyil”.
Bununla yanaşı toplanmış materiallar göstərir ki, bu günlərdə bir neçə işəgötürənlər tərəfindən yeni əmək müqaviləsi açılıb və bir neçə gün sonra həmin müqaviləyə xitam verilib.
Həsənova İlhamə - Hüquqşünas: “O tipli əmək müqavilələrinin bağlanmasının məqsədi yalnız ondan ibarət olub ki, həmin şəxslərin ölkə ərazisində hərəkət sərbəstliyi təmin olunsun”.скачать dle 12.1