BakiSesi.com

Sahil Babayev şöbə müdirini

Tarix:18-07-2019, 22:36 | Oxunub: 299 689
Sahil Babayev şöbə müdirini
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) kadr dəyişikliyi olub.

BAKİSESİ.COM Modern.az-a istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmri ilə e-Xidmətlər və innovasiyalar şöbəsinin müdiri Məcidov Elnur Durmuş oğlu tutduğu vəzifədən azad edilib.

Məsələ ilə bağlı ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, Elnur Məcidov başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi ilə işdən çıxıb:

“Hazırda onun vəzifələrini Kənan Əkbərov icra edir”.

Qeyd edək ki, E.Məcidov 1976-cı ildə anadan olub. 1993-1997-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının istehsal proseslərinin avtomatlaşdırılması fakültəsinin bakalavr, 1997-1999-ci illərdə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. Evlidir, 3 övladı var.

скачать dle 12.1