Gömrüklə medianın icdivacı – Səfər Mehdiyev və Vüqar Səfərli cütlüyü 


İlk təhsilini kolxozda fermada  alan, sonra guya Elçibəyin göndərişi ilə Türkiyədə təhsil alıb ölkəmizə qayıdan Səfər Mehdiyev  az vaxtda gömrük sistemində  söz sahibinə çevrildi. Hətta Dövlət Gömrük Komitəsində 1-ci müavin oldu. Aydın Əliyev  DGK sədri olanda da  qurumda söz sahibi  Səfər Mehdiyev olub. 
DGK-da çalışanlar  bilir ki, sədr Aydın Əliyevin işi səhərdən axşamacan  qəzetləri varaqlamaq və ayın axırında PAKET almaq olub. Bütün işləri ŞƏRUR uşaqları və məhləbaşı Səfər  həll edib. 
Səfər Mehdiyev DGK-da çalışanda “Mətbuatın  xaç atası Vüqar Səfərli”  ilə razılaşıb ki, onunla bağlı xəbərlər getməsin, mətbuatda gömrüklə bağlı ancaq pozitiv xəbərlər tirajlansın və ayın sonunda PAKET göndərilsin. 
Beləliklə  Səfər Mehdiyevlə  Vüqar Səfərlinin əməkdaşlığı xeyli müddət davam edib. Buna deyirlər  gömrüklə medianın birgə fəaliyyəti.
Bu ’’siyasi’’ müqavilə dövründə Səfər Mehdiyevin  sifarişi ilə Vüqar Səfərli xeyli sayda medianı reket elədi, qəzetləri qara siyahıya saldı. Amma bir gün bunların da qara günü başladı. Və Vüqar Səfərli həbs olundu. 
Həmin gün  Səfər Mehdiyev Vüqar Səfərlinin oğlu Samir Səfərlini yanına çağırıb dedi ki, narahat olma, axıradək atanın dalındayam...
Bəli, Vüqar Səfərlinin həbsindən çox-çox əvvəl Səfər Mehdiyev Vüqar  Səfərlinin oğlu  Samiri 6-cı anbara rəis təyin etmişdi. Samir Səfərli gömrükdə “Levi mallar çıxaran Samir”  kimi ad çıxarmışdı, İpək yolunun anbarında, Sərnişin İdarəsində at oynadırdı.  
Bəli, gömrük sistemi ilə Vüqar Səfərlinin müqaviləsi  nəticəsində çox media orqanları bağlandı, çox baş redaktorlar  həbs olundu. 
Bu işlərdə təkcə  Vüqar Səfərli  deyil, onun sağ əli  Müşfiq Ələsgərli də xeyli xidmətlər göstərib. 
Ölkə başçısını  səmimi  dəstəkləyən  media mənsublarını şərləməkdə, saxta yolla jurnalistlərə ev paylamaqda Müşfiq Ələsgərli heç də Vüqar Səfərlidən geri qalmırdı. 
Ona görə də haqlı olaraq hesab edirik ki, Vüqar  Səfərlinin istintaqında  mütləq  Müşfiq Ələsgərli də  izahat verməli  və haqlı cəzasını almalıdır. 
Sonda onu qeyd edək ki, Səfər Mehdiyevin vurulmuş məmurların uşaqlarına atalıq qayğısı etməsi, dövlətə meydan oxumaqdır. Bunun başqa adı yoxdur.скачать dle 12.1