İki gün öncə Qubanın  icra  başçısı Ziyəddin Əliyevin DTX tərəfindən saxlanılması  barədə sosial şəbəkədə  xəbər yayıldı. Düzdür, sonra  xəbər təsdiqini tapmadı. 
Sözün düzü,  bizim üçün kiminsə saxlanılması, həbs edilməsi maraqlı deyil. Bu günə qədər  dəstə-dəstə icra başçısı həbs olunub. Nəsə dəyişibmi ? 
Məsələ heç də həbsdə deyil…
Məsələ ondadır ki, uzun illər yol tikinti sahəsində, dövlət qurumlarında çalışan, yəni konkret miqdarda əmək haqqı alan Ziyəddin Əliyev  Ukraynadakı 10 milyon dəyəri olan  asfalt zavodunu hansı pulla alıb ? 
Birincisi, söhbət hansısa jurnalistin uydurmasından getmir. Ortada Ukraynanın dövlət orqanlarında  qeydiyyatdan keçmiş, nizamnamə kapitalı   8 milyon 999 min 425 dollar olan şirkətdən gedir. Bəli, Ziyəddin Əliyevin adına olan şirkət. 
İkincisi, dövlət məmuru, icra başçısı olan Ziyəddin Əliyev necə bizneslə məşğul olur..? 
Təsəvvür edirsiniz  Ukraynada Lvov vilayətində, Nikolayev şəhərində  Ziyəddin Əliyevə məxsus asfalt zavodunun açılışında Azərbaycanın Ukraynadakı keçmiş səfiri Azər Xudiyev iştirak edir və xeyir-dua verir.  
Bəzi məlumatlara görə, Ziyəddin Əliyev zavodu yaxın dostu Azəravtoyol ASC-nin sədri Saleh Məmmədovla şərik işlədir.
İkisi də Allah qoymasa yol çəkən, əslində “asfaltyeyən”  məmurlar.
Bu dostların harada ortaq biznesləri yoxdur !
Avropada, Avstriyada, Vyana şəhərində, Çexiyada və digər ölkələrdə. Hamısındada  ticarət, əmlak alqı-satqısı, servis  və başqa sahələr.
Bütün bunlar azmış kimi Ziyəddin Əliyev təkcə ''asfaltyemir'', hətta koronavirusdan da pul qazanmağı bacarır.
Bu barədə gundelik-baku.com  saytı olaraq  bir neçə ay əvvəl yazmışdıq. 
Qubada pandemiya dövründə  hansı şirkətlərə fəaliyyət üçün icazə verməyi icra başçısı müəyyən edir və ayın axırında ''haqq-hesab'' çatır.
Bəli, belə məmurlar fəlakətdən, faciədən də  pul qazanırlar.
İndi söz Azərbaycan hüquq-mühafizə orqanlarınındır.
Ortada ƏLAHƏZRƏT  FAKT var ee, CƏNABLAR !скачать dle 12.1