Bir neçə gün öncə redaksiyamıza təşrif buyuran müharibə veteranı Nəsimi Vəliyevə qarşı aldatma yolu ilə ələ keçirilmiş 5000 manat geri qaytarıldı. 
Xəbər verdiyimiz kimi bir neçə gün öncə sosial şəbəkələrdə özünü “ədalət carçısı” kimi qələmə verən Bayram adlı şəxs müdafiə etdiyi şəxslər tərəfindən ifşa olundu. Belə ki, müharibə veteranı Vəliyev Nəsimi Əhməd oğlundan dövlət rüsumu adı altında aldatma yolu ilə Dünyamalıyeva Səidə və Musayev Yusif 5000 manat pulu ələ keçirmişdilər. Gündəlik Bakı qəzeti redaksiyasının kollektivi bu məsələni ciddi cəhdlə gündəmdə saxladı və məsələnin müsbət həllinə nail oldu. Bu gün Yusif Musayevin qardaşı Nəsimi Vəliyevə dəymiş ziyanı tam şəkildə ödəmişdir. Nəsimi Vəliyev isə öz növbəsində qəzetimizin kollektivinə dərin təşəkkürünü bildirdi. Biz isə öz növbəmizdə bizə dəstək olan bütün sosial şəbəkə istifadəçilərinə və hüquq mühafizə orqanlarına minnətdarlığımızı bildiririk. 
 Nəsimi Vəliyev redaksiyamıza onu da bildirdi ki, mənə dəymiş ziyan tam ödənildiyi üçün mənim Dünyamalıyeva Səidə və  Musayev Yusifdən heç bir şikayətim yoxdur. 
  P.S Ölkədə olan Bayramkimilərə üzümüzü tutub deyirik ki, biz həmişə ədalət carçısı olduğumuzu bildirmişik. Bu məsələdən sonra  sizin kim olduğunuzu ən yaxın ətrafınızdan soruşun. Ağa qara ləkə yapışmaz.скачать dle 12.1