Azərbaycanın 2019-cu il üzrə daxili  dövlət borclanmasının yuxarı həddi 500 000,0 min manat, xarici dövlət borclanmasının yuxarı həddi isə 1 00 000,0 min manat məbləğində təsdiq edilib.

“Bakisesi.com” “Qafqazinfo”a istinaden xeber verir ki, bu barədə “2019-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub. Layihədə bildirilir ki, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 4 000 000,0 min manat məbləğində təsdiq edilsin.

Bundan əlavə, dövlət büdcəsinin kəsirinin yuxarı həddi  1 862 600,0 min manat məbləğində təsdiq edilib. Onun maliyyələşdirilməsi özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar ( daxili və xarici borclanma, 2019-cu ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı)  hesabına həyata keçiriləcək.скачать dle 12.1