"Yeni Əkinçi" Media Qrupunun rəhbəri Habil Vəliyev Prezidentə müraciət etdi

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan !
Dövlət və dövlətçiliyimizlə bağlı olan, faktlara və arqumentlərə əsaslanmış  geniş araşdırma yazılarını cəmiyyətə təqdim edirik. Öncə gərgin vaxtınızı alaraq Sizə qısa müraciət etmək istəyirəm. 
 
Cənab Prezident !
Son zamanlar rəhbəri olduğum "Yeni Əkinçi" Media Qrupunda ermənilər və onların havadarları haqqında faktlara və dəlillərə söykənən araşdırma yazıları dərc edirik. Bəzi qüvvələr Media Qrupumuza xeyli əngəllər yaradırlar. Məqsədimiz Sizin və dövlətimizin uğurlarına nəinki sevinməyən, əksinə pozuculuq fəaliyyəti ilə məşğul olan bəzi qüvvələrin iç üzünü dəlil və sübutlarla açaraq cəmiyyətə təqdim etmək və onları ifşa etməkdir. 
Ancaq  bu məqalələrin dərcindən sonra mənə təzyiq və təhdidlər həddindən artıq çoxdur.
Ona görə də, Cənab prezident, mənim və ailə üzvülərimin təhlükəsizliyinin təmin olunmasını Sizdən xahiş edirəm. /Gundelik-baku.com/скачать dle 12.1