Heç vaxt hərbdə olmayanlar MN-dən necə mənzil ala bilər ? 


Haqqında bəhs edəcəyimiz  general-leytenant  Nizam Osmanov haqqında qısaca məlumat verək.
Cənab Nizam Osmanov 2014 - 2020-ci illərdə Azərbaycan  Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini- Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib.
23 iyul 2021-ci ildən Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Məlumat üçün onu da qeyd edək ki, Nizam Osmanovun adı xeyli müddət  Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıqovun yerinə namizədlərdən biri kimi hallanıb. 
Görünür  rəhbərlik Nizam Osmanovun nəyə qadir olduğunu daha dərindən təhlil edib və onu Maddi-Texniki Təminat Baş İdarəsinə rəis  təyin edib. 
Çünki idarənin adından da göründüyü kimi Nizam Osmanovun sahəsi biznesə, ticarətə  daha yaxın sahədir, nəinki döyüş hazırlığı məsələsinə. 
Bəli, Nizam Osmanovun adı  daha çox mənzil bölgüsündə, restoran biznesində  və digər  gəlirli sahələrdə hallanır. 
Unutmayaq ki, Nizam Osmanov həm də müdafiə nazirinin müavinidir, yəni çox yüksk  vəzifəni daşıyır. 
Belə yüksək vəzifə sahibinin adının  biznes dairələrində dolaşması, restoranlarda  maliyyə məsələlərini, tenderləri müzakirə etməsi , ev alqı-satqısında iştirakı  Milli Ordunun adına yaraşan hal deyil.  
Bəllidir ki, əsgərlərimiz və zabitlərimiz  nə qədər şücaət və qəhrəmanlıq göstərsələr də onların maddi-məişət problemləri ən vacib məsələlərdən biridir. Əgər əsgərin və zabitin  məişət problemləri həll olunmursa, ondan döyüş ruhu  tələb etmək çətin məsələdir.
Ona görə də, hərbi qulluqçuların sosial-məişət və mənzil-kommunal şəraitlərinin daha da yaxşılaşdırılması həmişə ölkə rəhbərliyinin diqqət mərkəzində olub.
Cənab Prezident İlham Əliyevin göstərişi ilə hərbçi ailələri üçün yeni binalar, hərbi şəhərciklər inşa edilib.
Amma təəssüf ki, Nizam  Osmanovun birbaşa tabeçiliyində olan Müdafiə Nazirliyinin  Mənzil İstismar Hissələri ( JEK ) hərbi qulluqçuları narazı salır. Bəzən bir zabit bir neçə dəfə mənzil aldığı halda  hansısa zabitin ailəsi uzun müddət mənzilsiz qalır. Bu ciddi narazılığa  səbəb olur. 
Axı, bu mənzillər cənab Prezidentin birbaşa  göstərişi ilə dövlət vəsaiti hesabına inşa edilir.
Nə üçün dövlət  vəsaiti  hesabına hərbçilər üçün inşa edilən xidməti mənzillər kimlər üçünsə al-ver mənbəyinə çevrilsin ? 
Bu barədə  dəfələrlə  əsgər və  zabit heyəti  Hərbi Prokurorluğa, ölkə rəhbərliyinə müraciət edib. 
Axı, bu cür şikayətləri  yerində araşdırmaq və tədbir görmək birbaşa Hərbi Prokurorluğun, cənab Xanlar Vəliyevin səlahiyyətində olan məsələdir. 
Vəzifə bölgüsündən də məlumdur ki,  belə neqativ hallara yol verən  Mənzil İstismar İdarələrinin  rəisləri birbaşa  Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi Nizam Osmanova tabedirlər. Və ən pis hal odur ki, bu JEK rəisləri Osmanova arxalanıb bu əməlləri törədirlər. 
Yuxarıda əbəs yerə qeyd etmədik ki, Nizam Osmanovun adı  mətbuatda  mal-qara fermasının sahibi, restoran sahibi kimi hallanlr. 
Konkret olaraq qeyd edə bilərik ki, 3-cü mikrorayon dairəsindəki  kafe-restoran Nizam Osmanova məxsusdur. Və JEK rəisləri öz haqq-hesablarını  həmin kafedə edirlər. 
Bir sözlə,  əsgər  və zabitlərimiz üçün dövlətin  tikdiyi mənzillərin alış-verişi  Nüsrəddinin əlində cəmləşib. 
Deyilənə görə Əhmədlidə ( Zığda) JEK rəisi olan Nüsrəddin dövlətin hərbçilər üçün tikdiyi mənzilləri hərraca çıxarıb. 
Məsələn, 40 saylı mənzili Anar adlı şəxsə satıb. Hansı ki, Anarın mənzilə  ehtiyacı olmadığı üçün kirayə verib. 
Nizam Osmanovun yaxın adamı kimi tanınan Nüsrəddin heç vaxt hərbdə olmayan  şəxsə 3 min manata mənzil satıb. 
Ulduz hərbi şəhərciyindəki mənzili isə  7 min manata Racib adlı şəxsə satıb.
Ümumiyyətlə, belə hallar MN-nin Mİİ-də kifayət qədərdir. 
Məsələn, 9 A saylı binada Elmarın və Ömərin  2 mənzili var. 
Yaxud Dövlət Sərhəd Xidmətindən 157 E maddəsilə qovulan Ramin adlı şəxsin hərbçilərin binasında 2 mənzili var. 
Elə hərbçi ailələri də var ki, illərlə mənzil gözləyir, ancaq rüşvət vermədiyi  üçün mənzil ala bilmir.  Narazı olan hərbçilər rəhbərliyə, Hərbi Prokurorluğa müraciət etsələr də  Nüsrəddin barədə tədbir görən olmur.
Çünki  Nüsrəddinin arxasında  Nizam Osmanov kimi general dayanıb. 
Bəli, Nüsrəddin hərbiçilər üçün tikilmiş binalardakı 1 otaqlı mənzili 4 minə, 2 otaqlı mənzili isə  7 minə satır.  
Əslində Nüsrəddin bu işləri   O, Elmarın tapşırığı ilə yerinə yetirir  və yığılan pulları ona çatdırır. Elmar isə KEU-nun rəisidir. 
Elmar isə yığdığı pulların haqq-hesabını 3 mkr bazarının yaxınlığındakı Nizam Osmanova məxsus kafedə sahibinə çatdırır.
Bütün bunları yazmaqda məqsədimiz kiminsə fəaliyyətinə kölgə  salmaq deyil. 
Sadəcə MN-nin  Mİİ-də baş verən mənzil alveri Müzəffər Ordumuza yaraşan hal deyil. 
Qoy bunu  öz kafesində  MAXE xanımlarla söhbət aparan Nizam Osmanov da bilsin. 
Yazıda adları çəkilən bütün tərəflərin münasibətini dərc etməyə hazırıq. 
P.S Növbəti yazıda sabiq nazir Səfər Əbiyevin dönəmində Nizam Osmanov nə üçün  1 ay qospitalda  müalicə olunub? Həmin zaman Nizam Osmanov niyə və kimlər tərəfindən döyülüb ? 
Və Nizam Osmanovun oğlunun Türkiyə Hərbi okulundan Gülhanəyə, oradan da  Tibb Universitetinə necə  transfer olunması və Bakıdan Hollandiyaya köçməsi barədə yazacağıq. /Gundelik-baku.com/скачать dle 12.1