Mamed İsgəndərovun qohumları bu hakimiyyətə sədaqətlə qulluq edərmi ?



Vaxtilə  Sumqayıt şəhərində məşhur simalar var idi. Az qala hərəsi bir sahədə at oynadırdı. 
Ulu Öndər Heydər Əliyev cənablarının 2003-cü ildə Sumqayıt  səfərində keçirdiyi müşavirə “bütün daşları öz yerinə qoydu”. 
Bəli, mərhum Prezident Sumqayıtda keçirdiyi müşavirədə hər kəsi öz adı ilə çağırdı, hər kəsin layiq olduğu qiymətini verdi. Sumqayıtın o zamankı icra başçısı Təvəkkül Məmmədovun da, digərlərinin də…
Heç kimə sirr deyil ki, hələ sovet dövründə  Sumqayıtda söz sahiblərindən biri də əslən Qubadlıdan olan vəzifə sahibi  Mamed İsgəndərov olub. 
Sumqayıtda mühüm vəzifə və səlahiyyət sahiblərinin bir çoxu  məhz Mamed İsgəndərovun qohumları idi. 
Bunlardan biri də “ Sumqayıtda  “çörək Tofiq” kimi tanınan çörək zavodunun sahibi, Milli Məclisin sabiq deputatı Tofiq Hüseynov  idi. 
O, 1982-ci ildə Sumqayıt çörək-qənnadı kombinatında sex rəisi işləyib, 1992-ci ildə bu müəssisənin bazasında yaradılan səhmdar cəmiyyətin sədri seçilib.
O zaman Tofiq Hüseynov  “Mətanət” şadlıq evi, “TERM” istirahət və idman kompleksi və dəbdəbəli villalara və mənzillərə sahib olub.
“Çörək Tofiq”  bir müddət  deputat olsa da sonradan  etimadı doğrultmadı. Daha doğrusu, 90-cı illərin çörək məsələsində Tofiq Hüseynov müəyyən problemlər yaradırdı. 
Ulu Öndər Sumqayıtdakı  müşavirədə Surət Hüseynovun adını əbəs yerə çəkmədi. 
Bəli, Sumqayıtdakı bəzi imkanlı şəxslər o zaman  Surət Hüseynovun  toruna düşmüşdülər. 
Mamed İsgəndərovun Sumqayıtdakı qohumlarından biri də  Sumqayıtdakı Qubadlı camaatının ağsaqqalı hesab edilən Nəbi Nəbiyevdir.  
Vaxtilə  Nəbi Nəbiyevə də  etimad göstərilmişdi. O, uzun müddət  Sumqayıt Şəhər Qaz İstismar İdarəsinin  rəisi olub. Sonra o da vəzifəsindən uzaqlaşdırıldı. 
Deməli, Mamed İsgəndərovun qohumları tədricən etimadı doğrultmadıqları üçün vəzifələrindən kənarlaşdırıldılar. 
Amma…
Amması  odur ki, etimadı doğrultmayan Nəbi Nəbiyevin oğlu  Rəşad Nəbiyevə yüksək etimad göstərildi. Və Rəşad Nəbiyev Rabitə və Yüksək Texnologiyalar naziri postuna gətirildi. 
Onu da nəzərə almalıyıq ki, Rəşad Nəbiyev həm də “gözdən düşmüş”  kadr olan Tofiq Hüseynovun kürəkənidir. 
Deməli, ata vurulmuş, qaynata  oyundankənar, amma Rəşada bu boyda post  tapşırılır. 
Onu da qeyd edək ki, Rəşad Nəbiyevin karyerasında maliyyə naziri  Samir Şərifovun və sabiq rabitə naziri  Əli Abbasovun da  xidməti xeylidir. Eyni zamanda Rəşad Nəbiyev həm də nazirliyin Aparat rəhbəri  Vidadi Zeynalovun kadrı hesab olunurdu. 
Onu da qeyd edək ki, çörək Tofiq hökümətin qazını, işığını, suyunu uzun illər  havayı işlədib. 
Nəbi Nəbiyevin adı isə  kriminal aləmlə hallanıb. 
Rəşad Nəbiyev isə nazir olandan sonra öz qohumlarını vəzifələrə cəlb edib. Məsələn, yaxın qohumu Natiq Dadaşovu departament  sədri təyin edib. Avtovağzaldakı işləri Qoşqarla qardaşı aparır. Qoşqarın qardaşı isə Əlizamindir. Hansı ki, Əlizamin daş karxanası məsələsinə görə həbs olunub. Qoşqar QAİ-dən təqaüdə çıxaraq Avtovağzala gəlib. Və Avtovağzala gələndə piyada gəlirmiş, amma indi müxtəlif CİP-lərlə gəlir. 
Çörək Tofiq isə öz adamlarını  kürəkəni vasitəsilə nazirlikdə müxtəlif vəzifələrə yerləşdirir.
P.S. Mamed İsgəndərovun qohumlarının bu hakimiyyətə sədaqətinə inanan tapılarmı..? 
Bu barədə növbəti yazıda. /Gundelik-baku.com/скачать dle 12.1