BakiSesi.com

Səfər Mehdiyev Ağsuda vətəndaşlarla görüşəcək

Tarix:20-02-2019, 11:30 | Oxunub: 43 126
Səfər Mehdiyev Ağsuda vətəndaşlarla
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev fevralın 23-də saat10:00-da Ağsu şəhərindəki Heydər Əliyev Mərkəzində (Ağsu şəhəri, Azərbaycan küç. 25 ) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

BAKISESI.COM xəbər verir ki, qəbul zamanı bölgədə yerləşən-Ağsu, Şamaxı, İsmayıllı, Qobustan rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Cənub Ərazi Baş Gömrük İdarəsi, Şirvan gömrük postu (əlaqə telefonu: (021) 215-34-10) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.скачать dle 12.1