Deyirəm xalqın yaradıcılığı bitib-tükənmir vallah. Folklor buna deyirlər. Əhəd Əbiyev Daşkəsənə icra başçısı təyin olunan kimi, xalq bu zülmü belə tərənnüm etdi:
“Gözün aydın, Daşkəsən, Saa gəldi Başkəsən”.
Bəli, xalq həmişə müdrikdir, onun dediyində səhv ola bilməz. Əhəd Əbiyev Daşkəsənə gələn kimi örüş yerlərini, yaylaqları, münbit əkin sahələrini, daha nələri öz monopoliyasına aldı. İndi yazıq camaat, Daşkəsəndə məskunlaşan məcburi köçkünlər bir qarış yer tapa bilmir ki, öz mal-qarasını otarsın. Axı, Daşkəsən camaatı əsasən maldarlıqla, qoyunçuluqla məşğul olurlar. Yəni onların çörəyi, ruzisi, dolanışığı bu sahədən çıxır.

İcra başçısının müavini Namiq Süleymanov da camaata qənim kəsilib.


 Deyəndə də deyir ki, mən kiməm cənab başçının göstərişidir. Təsəvvür edirsiniz bu adam dövlət qurumu tərəfindən vətəndaşa verilmiş icarə müqaviləsini saymır. Bu başçını başa salan yoxdur ki, ay adam, vətəndaş filan ərazini örüş yeri kimi konkret müddətə icarəyə götürüb və vaxtında pulunu ödəyir. Sən bu sahəni vətəndaşın əlindən necə ala bilərsən, axı ? Sən əlində qanuni sənədi olan vətəndaşın sahəsini hansı haqla və hansı qiymətə başqa sahibkara satırsan ? 


Sən bu dövlətin qanunlarını saymırsanmı, cənab Əbiyev ?
 Əhəd Əbiyev !
 Dostlarınız uzun müddət Prezidentə ünvanlanan şikayətlərin qarşısını alırdı, Abdulla Şaiq demişkən, “Məktub yetişmirdi”. Ancaq son vaxtlar, məktub da yetişir, Prezidentin göstərişi ilə “Qara maskalı” igid oğlanlar lazım olan tədbirləri də görür, xalqa qənim kəsilən icra başçılarını da aparırlar. 


Cənab Əbiyev ! 
Bir vaxtlar arxalandığın köhnə qohumlarının da qələmini qırıblar. Deyirdin ki, evdə pul qalmırdı hamısını mənə gətirirdi, mən də cavan idim sağa-sola xərcləyirdim, Ziya müəllimin pullarını. O günləri nə tez unutdun, ay Əbiyev ?
 İndi də söz buraxmısan ki, filankəslərlə təzə qohum olmuşuq, belimiz bağlıdır. Vallah, uydurduğun bu yalan hörmətli şəxsin qulağına çatsa, səni möhkəm dan(m)layacaq. O boyda Daşkəsənə niyə ironiya ilə “posyolka” deyirsən, Cənab Başçı ? Bəlkə könlündən, Yasamal, Səbail, Nərimanov keçir ? Fotoqraf müəllimə de ki, sənin də adın qara siyahıya düşüb... Orda-burda Mehdi kişinin də adını çəkmə, o səndən fərqli olaraq sözünün AĞA-sı KİŞİ-dir..
''GÜNDƏLİK BAKI''nın Araşdırma Qrupu(gundelik-baku.com)


скачать dle 12.1