Qara dənizdə balıqçı gəmisi atəşə tutulub.
Bakisesi.com Trend-ə istinadən bildirir ki, gəmi Rumıniya Sahil Mühafizə Xidməti tərəfindən atəşə tutulub.
İnsident nəticəsində Türkiyəyə məxsus gəminin 3 ekipaj üzvünün yaralandığı bildirilir.
Gəminin 8 nəfərdən ibarət ekipaj üzvü Rumıniya Sahil Mühafizə Xidməti tərəfindən saxlandıqdan sonra gəminin batırıldığı deyilir.
Türkiyə tərəfindən hadisə ilə bağlı hələ rəsmi açıqlama verilməyib.скачать dle 12.1