Son 30 il gözümüzün qarşısında  xeyli  komediyalar yaratdı. Adam inana  bilmir ki, tarix müəliimi  Hüseynqulu Bağırovu ticarət naziri, sonra ekologiya naziri qoyalar. Axı,  tarix hara, ticarət hara, ticarət hara  ekologiya hara ? 
Moşunun arvadı  demişkən, eqologiya budur ? 
Yaxşı  Faiq Kərimovu  tarix müəllimindən  aparıb  Qubadlıya polis rəisi qoydunuz...sonra  Abşeronun Qobu kəndində icra nümayəndəsi oldu...sonra Sumqayıt boyda şəhərin icra başçısının birinci müavini oldu.. və sonra Pirallahı rayonunda Pirallahı qəsəbəsində icra nümayəndəsi  oldu. Vallah belə  ziqzaqlar olmaz ee.. 
Bu adamın tərcümeyi-halına bir nəzər salaq. 
Qubadlıda polis rəisi olanda  OMON-la bağlı, daha dəqiq desək,  silahların satışı, kimlərəsə ötürülməsi, Bakıdan Çeçenistana gedən silahlardan gələn pullar və s...bunları  hara yazaq, cənab KƏRİMOV? 
Deputatlığa  namizəd kimi  camaata vədlər verirdin, DEYİRDİN ki, seçilən kimi qaçqınların problemlərini həll edəcəm. Bəs nə oldu ? 
Yaxşı səni seçmədilər, bunu anladıq. Bəs  səsini də almayıblar ki ? Bəs niyə danışmırsan ? 

Bəlkə icra nümayəndəsi olduğun zaman satdığın torpaqların siyahısını qoyaq  qabağına. Bəlkə...
Bunu saxlayaq növbəti yazıya.

''GÜNDƏLİK BAKI''nın ARAŞDIRMA QRUPU(gundelik-baku.com)скачать dle 12.1