BakiSesi.com

Ramiz Mehdiyevin “oxrana”sının rəisi Təhməz “Xaliq Faiqoğlu” şirkətinin ofisinin qabağında nə edir ?

Tarix:22-09-2020, 14:28 | Oxunub: 38
Ramiz Mehdiyevin “oxrana”sının rəisi Təhməz “Xaliq Faiqoğlu” şirkətinin ofisinin qabağında nə edir ?
 “Xaliq Faiqoğlu”  şirkət 2002-ci ildə  fiziki şəxs kimi Rusiya istehsalı olan az sayda Qazel markalı mikroavtobusla 65 saylı xətt üzrə xidmət göstərməyə başlamışdır;
Sonra 2004-cü ildə  “Xaliq Faiqoğlu” MMC təsisi edilmiş və 50 ədəd xırdatutumlu Mercedes Benz markalı mikroavtobuslar 18 və 65 saylı marşrut xəttləri üzrə istismara verilmişdir;
2006-2007-ci illərdə iritutumlu 25 ədəd İveco Eurociti markalı avtobuslar 65 saylı marşrutda istismara buraxılmış əlavə 79 saylı marşrut xətti istifadəyə verilmişdi;
Sonrakı illərdə  Türkiyə, Koreya istehsalı olan avtobusar istismara buraxılmışdır.
Yəni şirkətin tarixçəsi haqqında  bu qədər. 
Mediada ən çox  “Xaliq Faiqoğlu” MMC-nin faktiki sahibi Faiq Seyidovun oğlu Xaliq Seyidovun 2014-ci ildə Bakıda qəza törədərək  qarşısına çıxan piyadanı vurub öldürməsi hallanır. 
Sözün düzü, xeyli məmurun övladı  adam öldürüb və cəzadan canını qurtarıb. 

Xəzər Dəniz Gəmiçiliyinin keçmiş rəisinin oğlu, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rəis müavini general Novruzəli Orucovun oğlu, Qaçqınkomun keçmiş sədri Əli Həsənovun nəvəsi...daha kimləri deyək..adam öldürüb və guya öz əcəli ilə ölməsi barədə sənəd düzəldərək  cinayəti ört-basdır ediblər. 
Xaliq Faiqoğlunun da adı  belə cinayətlərdə keçir. 
Xaliq Faiqoğlunun adı keçmiş şəriki  Azadxan Xanməmmədovun həbs olunması məsələsində də keçir. Bu barədə media çox yazıb.
Xaliq Faiqoğlunun  şəhid ailələrinin adına olan marşrut xətlərinin özününküləşdirməsində də çox hallanıb. 
Son vaxtlar Xaliq Faiqoğlunun adı  daha çox AMEA-nın prezidenti, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı hallanır. Əlbəttə, bu məsələdə qarşı tərəfin də fikri maraqlı olar. Amma bizi bir sual maraqlandırır: 
Ramiz Mehdiyevin “oxrana”sının rəisi Təhməz bütün günü “Faiq  Xaliqoğlu” şirkətinin ofisinin qabağında nə edir ?
''GÜNDƏLİK BAKI''nın ARAŞDIRMA QRUPU(gundelik-baku.com)скачать dle 12.1