BakiSesi.com

Gəl sahib ol, sən könlümün taxtına, Vüqar Əhməd çıxıb sənin baxtına...

Tarix:10-06-2020, 10:12 | Oxunub: 622
Gəl sahib ol, sən könlümün taxtına, Vüqar Əhməd çıxıb sənin baxtına...
BIR NƏZƏR SAL
Bir nəzər sal parlayacaq baxtına,
Bir fal açdır taleyinə,baxtına,
Gəl sahib ol, sən könlümə, qəlbimə,
Gəl sahib ol, sən könlümün taxtına.
Gözlərinlə sevim, duyum dünyanı,
Seyrə çıxaq məhəbbət paytaxtına.
Eşqinə qul olmuşam, bir rəhmə gəl,
Sən rəvac ver eşqimin xoş baxtına.
Könül ver sən sevəninə, sevgilim,
Vüqar Əhməd çıxıb sənin baxtına.
 
SEVGİLƏR ÖLKƏSİ
Dünyada çoxdur ölkə,
Fikirləşdim ki, bəlkə
Mən də yaradım, qurum
Sevgilərdən bir ölkə.
Sevgi məmləkətində
Hamı Məcnun, Leylidir.
Orda da sevişənlər
Eşqdən gileylidir.
Sevgilər ölkəsində
Eşq məclisi hökmran,
Ölkənin rəhbəridir
Məcnun adlı bir cavan.
Məclisə üzv olmayır
Elə yerindən duran.
 EY DUYDUĞUM, ÖZÜ ISMI, QƏLBI NIHAN SEVGILIM
Ey duyduğum, özü ismi, qəlbi nihan sevgilim,
Qəlbimdəki surət-xəyal, eşqi cavan sevgilim.
Butan mənə yuxularda, röyalarda verildi,
Surət pünhan, sənsən mənə dünya-cahan, sevgilim.
Surətini xəyalımda məhəbbətlə görürəm,
Xəyalımdan gözlərimə gizli baxan sevgilim.
Bu məhəbbət həqiqətmi, ya röyamı, yuxumu?
Yağışımda, yağmurumda şimşək çaxan sevgilim.
Həsrətimiz sovuşarmı, çin olarmı yuxular?
Çeşmə kimi məhəbbətlə qəlbə axan sevgilim.
İntizarın, ayrılığın sonu varmı görəsən?
Vüqar Əhməd gör nə deyir: ismi-pünhan sevgilim.
скачать dle 12.1