Gürcüstanın Baş Naziri Giorgi Qaxaria sabah Azərbaycana səfər edəcək.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, bu, Gürcüstan Baş Nazirinin ilk rəsmi səfəridir.
G. Qaxaria Azərbaycandan sonra, bazar günü Ermənistana səfər edəcək. Baş Nazirin bu ayın sonunda Türkiyəyə də səfəri planlaşdırılır.скачать dle 12.1