Məktəblərdəki vakant yerlərin toplanılması zamanı aparılan araşdırma zamanı məlum oldu ki, müəyyən yerlərin gizlədilməsi halları var idi.
Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.
O deyib ki, bu fakt məlum olduqdan sonra mümkün olan yerlər müəllimlərin yerdəyişməsi müsabiqəsinə çıxarılıb. Qalan yerlər isə müəllimlərin işə qəbulu müsabiqəsinə çıxarılacaq.
Xatırladaq ki, 2020-2021-ci tədris ili üçün müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə 7 539 vakant yer çıxarılacaq. Vakant yerlərin 6 680-i tədrisi Azərbaycan dilində aparılan bölmə üzrədir.скачать dle 12.1