Biznes ledi Ruhi Əliyeva Ağdamın işğaldan azal olunması münasibətilə xalqımızı təbrik edib.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə paylaşım edən Ruhi ordumuza təşəkkür edib:

"Azərbaycanımızın hər guşəsi, hər qarışı bizə doğmadır, əzizdir. İşğaldan azad olunan torpaqlarımızın qəlbimizdə yeri isə tamam başqa. Rəşadətli Azərbaycan Ordusu Ağdama daxil oldu. Həmin görüntüləri çox böyük qürur və fəxarət hissiylə izlədim.Bizə bu sevinci yaşadan Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla, Azərbaycan Ordusuna təşəkkür edirik.Biz bu torpaqlar üçün bu qədər darıxmışıqsa, kim bilir həmin torpaqlarda doğulub boya-başa çatanlar necə darıxıb.

Bu münasibətlə bütün ağdamlıları təbrik edirəm.Gözün aydın, Azərbaycan!"

"İlham Əliyev başda olmaqla, Azərbaycan Ordusuna təşəkkür edirik"
скачать dle 12.1