Anna Asti Yeni il qabağı Rusiyanın ən bahalı müğənnisi olub.
Konsert təşkilatçılarından birinin Rusiya mediasına verdiyi məlumata görə, Asti 40 dəqiqəlik çıxış üçün 20 milyon rubla qədər (376 min manat) pul istəyir.
Müğənninin çıxışının qiyməti Yeni il şənliyinin keçiriləcəyi yerdən asılıdır. Məsələn, Asti Moskvadakı çıxışa görə daha az pul istəyir. Anna Astinin Moskvadakı çıxışı 10 milyon rubla (188 min manat) başa gəlir. Bölgələrdə isə o, 20 milyondan rubldan aşağı qiymətə getmək istəmir.
Rusiya Federasiyasının ən bahalı sənətçiləri siyahısına Astidən başqa Şaman, Filipp Kirkorov, Nikolay Baskov, Stas Mixaylov, "Ruki Vverx" və "Leninqrad" qrupları da daxildir.
Qeyd edək ki, Anna Asti əslən Ukraynadandır. Onun həyat yoldaşı rus olduğundan Asti də Moskvada yaşayır. O, bir müddət əvvəl Rusiyada keçirilən "İlin müğənnisi" nominasiyasının qalibi olub.
Ən bahalı müğənni odur - FOTO
скачать dle 12.1