Dekabrın 16-da Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində “Mercedes” markalı mikroavtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) prezidenti və vitse-prezidentinin vəziyyəti açıqlanıb.

Bu barədə Liv Bona Dea Hospitalın mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, Aslan Şahgəldiyev və Elxan Səmədovun vəziyyəti yaxşıdır. Müalicələri uğurla davam etdirilir.

Bildirilib ki, Elxan Səmədov müalicəsini öz istəyilə Türkiyədə davam etdirəcəkскачать dle 12.1