Ağdaşda fərdi yaşayış evində yanğın hadisəsi qeydə alınıb.

Hadisə rayonun C.Cabbarlı küçəsində yaşayan 1965-ci il təvəllüdlü Neymətov Ərəstun Əjdər oğluna məxsus ümumi sahəsi 72 kv m olan evin 16 kv m sahəsinin tavan hissəsində yanğın olub.

Əraziyə Ağdaş yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub. Zamanında müdaxilə nəticəsində evin digər hissəsi yanğından mühafizə olunub. Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.скачать dle 12.1