Bakı-Quba yolunda avtomobil piyadanı vurub.
Hadisə dekabrın 25-də yolun Sumqayıt şəhərindən keçən hissəsində baş verib.
Saat 19:30-da Xangəldiyev Vüsal Ramazan oğlu idarə etdiyi "Fird Tranzit" markalı avtomobillə yolu keçmək istəyən 66 yaşlı Osmanov Oruc Məhəmməd oğlunu vurub. Nəticədə piyada yaralanaraq, asfaltın üzərində qalıb.
Bundan sonra, saat 19:55-də isə Cəfərov Elşən Balamirzə oğlu idarə etdiyi "QAZ-3110" markalı avtomobillə O. Osmanovu vuraraq öldürüb.
Faktla bağlı cinayət işi başlanıb.

скачать dle 12.1