Qəsdən adam öldürmə cinayətlərinin açılması ilə bağlı işlər gücləndirilib.
Bunu Baş Prokurorluğun instaqram sosial şəbəkəsindəki canlı yayımda qurumun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev deyib.

O bildirib ki, bu il bir neçə illik dinamikada artım müşahidə olunmur:

“Hətta 25 il bundan qabaq olan cinayət işlərin açılması təmin edilib. Bu il əvvəlki illərdən bağlı qalan 13 qəsdən adam öldürmə cinayətinin üstü açılıb”.скачать dle 12.1