Müğənni Aysel Əlizadə ilə aparıcı Xoşqədəm Hidayətqızı arasında 4 il davam edən məhkəmə davası  başa çatıb.

Aysel Əlizadə bu barədə mətbuat konfransında özü məlumat verib. 

O bildirib ki, məhkəmə üçüncü dəfə onun xeyrinə qərar verib və bu qərar bir neçə gün sonra elan olunacaq.
“Qərara əsasən, Xoşqədəm Hidayətqızı mənə vurduğu maddi və mənəvi ziyana görə kompensasiya ödəməli, öz verilişində haqqımda səsləndirdiyi fikirlərin doğru olmadığını deməli və üzr istəməlidir”,- deyə müğənni bildirib.
“Kompensasiya simvolik rəqəmlərdir. O mənə elə bir zərbə vurdu ki, 100 000 manat təzminat tələb eləsəm, az qalardı, lakin bunu etmirəm. Bu mübahisənin uzanmasını, davam eləməsini də istəmirəm. Sadəcə adımın üzərinə vurulmuş ləkənin götürülməsini tələb etmişəm və edirəm. O öz proqramında haqqımda bildirib ki, guya çox imkanlı və ailəli bir kişinin yuvasını yıxmışam. Həmin kişinin xanımı efirə çıxıb haqqımda ağzına gələni deyib, pis fikirlər formalaşdırıblar, cəmiyyət də buna inanıb. İndi deyirlər ki, mən “day-day” sayəsində məhkəmədə udmuşam. Mənim dayım hakimdir və o Xoşqədəmin başqa bir adamla olan məhkəmə işində onun lehinə qərar çıxarmışdı. Yəni ortaqlıda hər hansı qanun pozuntusundan söz gedə bilməz”,- deyə müğənni qeyd edib.
O həmçinin bildirib ki, məhkəmə Xoşqədəm Hidayətqızının öz proqramını profilinə uyğun şəkildə idarə etmir: "Xoşqədəm məhkəmənin qərarlarını yerinə yetirməsə bu qanun pozuntusu sayılacaq və yenidən məhkəməyə veriləcək".


 
скачать dle 12.1