Qida Təhlükəsizliyi Reyestri aparılacaq.
Bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmalı olan məhsullar, qida obyektləri və qida subyektləri, qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlərin, habelə təsdiq edilmiş qida obyektləri barədə məlumatların daxil edildiyi Reyestr Agentlik tərəfindən aparılır.
Reyestr Azərbaycan Respublikasının dövlət dilində aparılır. Reyestrə daxil edilən dövlət sirri, kommersiya və (və ya) vergi sirri təşkil etməyən məlumatlar Agentliyin rəsmi internet səhifəsində yerləşdirilir və istifadəçilər üçün açıqdır.
Qeydiyyat və təsdiq üçün təqdim edilmiş sənədlər və məlumatlar Agentlikdə saxlanılır. Reyestrə daxil edilmiş qida subyektləri və qida obyektləri (obyektlər) barədə müraciət zamanı kağız daşıyıcıda təqdim olunmuş sənədlər “Milli arxiv fondu haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə saxlanıldıqdan sonra arxivə təhvil verilir.
Bu Qayda ilə müəyyən edilmiş formalara uyğun olaraq verilmiş Reyestrdən çıxarışlarda göstərilən qida obyektlərinə (obyektlərə), qida subyektlərinə dair qeydiyyat və təsdiq nömrələri qida təhlükəsizliyi fəaliyyəti zamanı identifikasiya vasitəsi kimi çıxış edir.
Qeydiyyat və təsdiqlə bağlı qida subyektləri və qida obyektləri (obyektlər) haqqında aşağıdakı məlumatlar Reyestrə daxil edilməlidir:
- qida subyektinin adı (fiziki şəxs olduqda – soyadı, adı, atasının adı);
- vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);
- qida subyekti fiziki şəxs olduqda – fərdi identifikasiya nömrəsi;
- qida subyekti fiziki şəxs olduqda qeydiyyat ünvanı, hüquqi şəxs olduqda hüquqi ünvanı və ya vergi orqanlarında uçota alındığı ünvan;
- hüquqi şəxsin səlahiyyətli nümayəndəsi (soyadı, adı, atasının adı və şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi);
- qida subyektinin əlaqə vasitələri (telefon nömrəsi və elektron poçt ünvanı);
- qida obyekti (obyekt) haqqında məlumatlar (adı, faktiki ünvanı, tipi, firma adı (əmtəə nişanı), işçi sayı, tibbi müayinədən keçmiş işçilərin sayı haqqında məlumatlar);
- qida obyektində (obyektdə) həyata keçirilən təsərrüfat fəaliyyətinin istiqaməti (ilkin istehsal, istehsal, emal, dövriyyə və utilizasiya), fəaliyyət növü (fəaliyyət istiqamətləri üzrə ayrı-ayrı proseslər) və fəaliyyət sahəsi (məhsul və ya xidmət sahəsi);
- qida obyektində (obyektdə) həyata keçirilən xidmətlər və ilkin istehsal, həmçinin istehsalı və emalı həyata keçirilən qida və yem məhsullarının adları;
- qida obyektində (obyektdə) aparılan qiymətləndirilmələrin tarixi və nəticələri;
- qida obyektinin (obyektin) qeydiyyat, təsdiq nömrəsi və tarixi, qida obyekti olmadan fəaliyyət göstərən qida subyektinin qeydiyyat nömrəsi və tarixi;
- qida obyekti bu Qaydanın 4.9.1-ci yarımbəndində nəzərdə tutulmuş şərtlərlə təsdiq edildikdə, müəyyən olunmuş təsdiq müddəti;
- qeydiyyat və təsdiq zamanı təqdim edilmiş sənədlərdə edilən hər bir dəyişiklik, eləcə də daxil edilmiş məlumatlarda sonradan edilmiş dəyişikliklər barədə məlumatlar;
- qeydiyyatın və təsdiqin ləğv edilməsi və ya dayandırılması barədə
məlumatlar;
- Qanunun 25.8-ci maddəsi ilə müəyyən edilmiş qaydaya uyğun olaraq qida və yem məhsulları barədə məlumat.
Reyestrdən kağız və elektron formada çıxarış eyni hüquqi qüvvəyə malikdir.
Azərbaycanda qeydiyyata alınmalı olan məhsulların Reyestri aparılacaq
30
dekabr
17:19

Qarabağ
KOMMENTLƏR
İrandan bu məhsulların idxalına məhdudiyyət tətbiq oluna bilər
Qida təhlükəsizliyi sahəsində məhsulların izlənilməsi qaydası təsdiqləndi
AQTA Çindən Azərbaycana qida məhsulları gətirən bəzi şirkətlərə xəbərdarlıq edib
Qida obyetkləri sahiblərinə ŞAD XƏBƏR
Azərbaycanda Qida Təhlükəsizliyi Reyestri yaradılır
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat