Bakisesi.com xəbər verir ki, “Express Xəbərlərin” təsisçisi Fərid Hüseynov yazır:
Süni intellekt getdikcə daha çox sahəni işsiz qoyur – reklam çəkənlər, aktyorlar, rejissorlar, ssenaristlər, montajçılar, hətta bəzi musiqiçilər və fotoqraflar artıq süni intellektin “rəqibi” deyil, qurbanına çevrilir. Çünki indi bir kliklə videonu çəkib, mahnını bəstələyib, ssenarini yazmaq olur. Bu isə həm böyük fürsətdir, həm də ciddi təhlükə. Əgər sənətkar tənbəllik edirsə, özünə yeni ideyalar tapmırsa – onun yerini süni intellekt tutacaq. Bu gerçəklikdir!
Təssüflər olsun ki, kainat elektronlaşır,süniləşir, canlıların sahələrini canlılar yox robotlar əvəzləyir. Əvəllər bu tip görüntülərə robotların həyatına filmlərdə baxırdıq, və onları həyatımızda olacaqını ciddiyə almırdıq.Amma artıq onlar həyatımızda olmaqla yanaşı, həyatımızın bir hissəsidir.Məncə dünyanı idarə edən qüvvələr həyəcan təbili çalmalıdır.