Yaponiyalı bir iş adamı dünyanın ən bahalı südü olan kəpənək südünü istehsal etməklə məşğuldur.
Xarici medianın xəbərinə görə, 1 kəpənəkdən bir litr süd almaq mümkün olur. Qulağa inandırıcı gəlməsə də, bu belədir. Sürfədən yeni çıxmış kəpənəklərin quyruq hissələrinə basılaraq çıxan ağ maye olan kəpənək südü 14 litr steril suya qatılaraq hazır vəziyyətə gətirilir. Dünyanın ən bahalı südü olan kəpənək südü cinsi aktivliyin artırılması və sonsuzluq xəstəliklərinin müalicəsində istifadə olunur. Kəpənək südü həm də gənclik iksiri sayılır.
Kəpənək südünü bu qədər bahalı edən nədir? Məsələ ondadır ki, bu süd kəpənəkdən yalnız onun öz baramasından çıxıb uçmağa hazır olduğu gün alına bilir. Bunun üçün kəpənəkləri ciddi nəzarətdə saxlamaq lazım gəlir.
Bu südün bir litri 40 dollara satılır.скачать dle 12.1