“Aztelekom” MMC yə məxsus qüllə küləyin təsirindən aşaraq tikilinin üzərinə düşüb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Qəbələnin Mıxlıqovaq kəndində baş verib.
Orada elektronika avadanlıqlarının təmiri ilə məşğul olan kənd sakini Yalçın Babayev deyib ki, bir həftə əvvəl qüllənin aşması nəticəsində tikilinin içərisindəki avadanlıqlar da yararsız hala düşüb. Lakin hələ də məsələ ilə maraqlanan yoxdur.
Mıxlıqovaq kənd sakinləri hadisəyə səbəb kimi qüllənin dayağının pis olmasını göstərirlər.
Məsələ ilə bağlı “Aztelekom” MMC-dən bildirildib ki, dekabrın 27-də güclü külək nəticəsində Qəbələnin Mıxlıqovaq kəndində rabitə qülləsi aşaraq Yalçın Babayevə məxsus tikiliyə ziyan vurub. Qurum vətəndaşa dəymiş zərərin aradan qaldırılması istiqamətində işlər aparır. Tikili bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılacaq.
Daha ətraflı süjetdə:

скачать dle 12.1