Yanvarın 4-ü axşam saatlarında Xaçmaz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
H.Z.Tağıyev küçəsində "Ford" markalı yük avtomobili işıqforda idarəetməni itirərək kommunikasiya dirəklərinə çırpılıb. Nəticə xəsarət alan olmasa da, Xaçmaz şəhərinin böyuk bir hissəsi işıqsız və internetsiz qalıb.
Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq qurumlar tərəfindən iş aparılır.
Faktla bağlı araşdırmaya başlanılıb.
скачать dle 12.1