Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerləşən üçmərtəbəli otelin birinci mərtəbəsində yerləşən restoranın tüstü bacasında yanğın olması barədə məlumat daxil olub.
FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
İlkin məlumata əsasən, tüstü bacasında yağ qalıqları yanıb. Yanğının qarşısı alınıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
скачать dle 12.1