Cari ildən Vergi Məcəlləsinə edilən son dəyişikliklərdən sonra kredit təşkilatlarına bır sıra vergi güzəştləri tətbiq edilib.

Kredit təşkilatlarına verilən yeni güzəştlər Vergi Məcəlləsinə əlavə edilən 199.20 və 207.12-ci maddələri ilə bağlıdır. Belə ki, Vergi Məcəlləsinə əlavə edilən 199.20 və 207.12 maddələrinə görə kredit təşkilatları kredit müqabilində onların mülkiyyətinə keçən torpaqlara və əmlaka görə 2 il müddətinə vergidən azad edilib.

Qeyd edək ki, Vergi Məcəlləsinin 199.20.-ci maddəsinə əsasən kredit təşkilatları verilmiş kredit müqabilində onların mülkiyyətinə keçən əmlaklara görə həmin əmlakların balansa götürüldüyü təqvim ilindən başlayaraq 2 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar.

207.12-ci maddəsinə əsasən isə kredit təşkilatları verilmiş kredit müqabilində onların mülkiyyətinə keçən torpaqlara görə həmin torpaqların balansa götürüldüyü təqvim ilindən başlayaraq 2 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar.скачать dle 12.1