Bakı şəhərinin Binəqədi rayonunda avtomobil təmiri sexində yanğın olub.

FHN-dən verilən xəbərə görə, bir dam altında tikilən, ümumi sahəsi 1800 m² olan avtomobil təmiri sexinin (anbar və 7 ədəd boksdan ibarətdir) 2 boksunun yanar konstruksiyaları 144 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.скачать dle 12.1