"Qızılca xəstəliyinin karantin dövrü 21 günə qədər davam edir. Bu müddət ərzində yoluxma riski yüksəkdir".

Bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Sevinc Mehdiyeva deyib.

O bildirib ki, xəstənin qısa zamanda bədən temperaturu normallaşırsa, valideynlər elə düşünürlər ki, xəstəni artıq təcrid etmək lazım deyil.

"Bu, yanlışdır. Karantin dövrü tam bitənə qədər gözləmək və ondan sonra xəstəni təcriddən çıxarmaq lazımdır".скачать dle 12.1