Əməkdar artist Elza Seyidcahan qalmaqal yaşadığı Xalq artisti Flora Kərimovadan üzr istəyib.
Bu barədə o, “Elgizlə izlə” verilişinə telefon bağlantısı ilə açıqlama verib. Elza bildirib ki, bu mövzunu bağlayır:
“Bizi daş-qalaq edib, səsimizi aldılar. Guya bir qəbahət etmişdik. Səhnədə qışqırmağı mən məhz Qorxmaz Əlilidən görmüşəm. Hər zaman sakit danışmışam. Amma hər insanı öz silahı ilə vurmuşam. Hər birimiz bir sütunuq. Flora xanım bir sütundur, Zeynəb Xanlarova baş sütunumuzdur. Mən Arif Məlikov kimi dahinin davamçısıyam. Onun sözünü şüar tuturam. Amma deyirlər ki, Arif Məlikov kimdir ki, onun sözünü şüar edirsən, bu da özü bir kafirlikdir. Mən şeir yazacam. Adı da “Danışın papağımdan” olacaq. Siz mənim papağımdan danışın.
Mən də baxıram. Bilən də, bilməyən də danışır. Hər ağız bir sözü deyir. Ay ağızlar, özünüzü biabır etməyin, hər ağız söz danışmaz. Sonra  da gəlib deyirsiz ki, səni başa düşməyənlər adından üzr istəyirəm, mən də Flora xanımdan üzr istəyirəm. Mən istəməzdim ki, belə bir hadisə baş versin, xalq da sizə xoşagəlməz sözlər yazsın. Buna səbəb olmaq istəməzdim. Bu mövzu burada bitir. Mənə videolar, dəlillər göndərməyin. Orada özümü müdafiə etdim. Bu gün də müzakirəni davam etdirirsiniz. Hələ ki, papağımdan danışın. Vaxt olar, sənətimdən də danışarsınız. Amma sağlığımda!  Bəziləri kimi qəbrə yola saldıqdan sonra danışmayacaqsınız. Bunu görməyəcəksiz! Mən orada cavab verməliydim. Yoxsa sevənlərim iflic ola bilərdilər. Evə gəldim ki, anam ağlayır. Mən Elza Seyidcahanam, çəkilin, Bəşir gəlir!”.




скачать dle 12.1