Azərbaycanda işaxtaran şəxslərə onlayn qaydada uyğun vakansiya təqdim ediləcək. İşçi götürmək istəyən şəxslərə isə axtarılan kriteriyalara uyğun işçi təklif olunacaq.
Bu, “Əmək və məşğulluq“ altsisteminin (ƏMAS) yaxın vaxtlarda istifadəyə veriləcək yeni funksiyasında mümkün olacaq.
Bu platforma tarazlığı təmin edəcək, müraciət edənlər öz təhsil və peşəsinə uyğun işə yönləndiriləcəklər.
ƏMAS-da müxtəlif sahələr üzrə vakansiyalar qeydiyyata alınır, işsiz və işaxataran şəxslərin peşə bacarığı, təcrübəsi, təhsili və dgər bacarıqları qeyd olunur. Bundan sonra iş yerinə uyğun namizədlər işəgötürənə göstərilir.

ƏMAS-da ölkə üzrə vakansiya bankının formalaşdırılması və rəsmi karyera portalının mövcudluğu işsiz və işaxtaranlar üçün uyğun işlərin tapılmasına kömək edir, ən uyğun biznes istiqamətinin innovativ həllərlə seçiminə imkan verir. Vakansiya bankı işaxtaran və işsiz şəxslərin əmək bazarından gözləntilərinin, bilik bacarıqlarının, sosial imkanlarının sistemdə olan vakansiya tələbləri ilə avtomatik eyniləşdirmə (matching) funksiyası vasitəsi ilə qarşılıqlı uyğunluğunun tapılmasına imkan verir.


 
скачать dle 12.1