Gülşən Qurbanovanın Yasamal qəbiristanlığındakı məzarı baxımsız vəziyyətdədir.
Ötən gün sosial şəbəkələrdə qəbiristanlıqdan çəkilmiş fotolar paylaşılıb.
Xatırladaq ki, Gülşən Qurbanova 1950-ci ilin dekabr ayının 19-da Bakıda sənətkar ailəsində anadan olub. Tanınmış aktyor Ağadadaş Qurbanovun qızı, aktyor Hamlet Qurbanovun ata bir, ana ayrı bacısı, aktyor Mübariz Əlixanoğlunun həyat yoldaşı, əməkdar incəsənət xadimi Firəngiz Qurbanovanın bacısıdır.
G.Qurbanova 1989-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1998-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 2006-cı il 19 dekabr tarixində vəfat edib. O, daha əvvəl 3 dəfə infarkt keçirib.

