Samux rayonunun Qarayeri qəsəbəsindəki xəstəxananın bəzi şöbələrinin köçürüləcəyi iddia edilir.
Baku TV xəbər verir ki, Samuxda yeni xəstəxana tikilir və xəstəxanada müəyyən şöbələr istifadəyə veriləcək.
Qarayeri qəsəbəsinin sakinləri bildirir ki, inşası davam edən xəstəxana yaşadıqları ərazidən uzaqdır, təcili tibbi yardıma ehtiyac duyulduğu təqdirdə xəstələri yeni xəstəxanaya aparmaq çətinlik yaradacaq.
Qeyd edək ki, Qarayeri qəsəbə xəstəxanası 1920-ci ildən fəaliyyət göstərir. Tibb müəssisəsi 7 mindən artıq qəsəbə sakininə xidmət edir. Üstəlik xəstəxanaya ətraf beş kənddən və hətta Şəmkir rayonundan belə müayinə və müalicə üçün üz tutanlar var. Sakinlərin istəyi xəstəxananın köhnə binasında vacib şöbələrin fəaliyyətini saxlamaqdır.
TƏBİB isə qəsəbə sakinlərinin narahatlığına əsas görmür. Qurumun tabeliyində fəaliyyət göstərən Samux Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Həsənov məsələ ilə bağlı bildirib ki, yanvarın 1-dən etibarən respublika üzrə bütün rayonlarda, eləcə də Samuxda İcbari Tibbi Sığorta sisteminə keçid başlanıb.
Onun sözlərinə görə, sistemə keçidlə bağlı hansısa xəstəxananın bağlanmasından söhbət gedə bilməz.
Samuxun qəsəbə sakinlərinin xəstəxana narazılığı - VİDEO
26
yanvar
14:05

Qarabağ
KOMMENTLƏR
Azərbaycanda bu xəstəxana odunla qızdırılır?
Samuxda karantin rejimini pozan çayxana aşkarlanıb
Şaxta babanın şam ağacından hazırlanmış paltarı 43 nəfəri virusa yoluxdurdu
Neftçilər xəstəxanasında Seyidbəyov, Yüzbaşı, Minbaşı.. -Neftçilər(in) xəstəxanasında neftçilərdən çox başqa xəstələr var
Doğum xərclərini ödəyə bilmədilər - Körpələrini xəstəxanaya satdılar
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat